Milli Məclisin iki komissiyasının tərkibi yenidən təsdiqləndi – SİYAHI

img

01-02-2018 [12:19]


Milli Məclisin bu gün keçirilən iclasında Hesablayıcı və İntizam komissiyalarının tərkibi 2018-ci il üzrə təsdiq üçün müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır.

Sənəd səsə qoyularaq təsdiq olunub. 

Qeyd edək ki, İntizam komissiyasının sədri Ağacan Abıyev, üzvləri Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədir. Hesablayıcı komissiyanın sədri isə Fəttah Heydərovdur.

Komissiyanın tərkibinə deputatlar Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Orucov və Mixail Zabelin daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA