01-02-2018 [09:01]
"Prezident birinci dəfə deyil ki, məmurlara xəbərdarlıq edir. Amma görünən odur ki, bu məmurlar öz xislətlərindən əl çəkmək niyyətində deyillər”.
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev deyib. O bildirib ki, ölkə başçısı hər dəfə sahibkarlara dəstəyin vacibliyini vurğulayır, amma icra başçıları bunun əleyhinə gedirlər.
"Mən hələ bir dəfə görməmişəm ki, icra başçıları bir sahibkara dəstək versin, əksinə, qulağını kəsir, əlində nə var, tutub alırlar. Bu icra başçıları ilə yerlərdə inkişafa nail olmaq mümkün deyil. Prezident tapşırıq verir, irəli addımlar atılır, amma icra başçıları maneələr yaradırlar. Məsələ təkcə, icra başçılarında deyil. Qocalardan ibarət hökumətlə də uzağa getmək olmaz. Fikir verirsinizsə, hökumət üzvlərinin çoxu müşavirələrdə mürgüləyirlər.
Davosda erməni nazir yalandan öz ölkələrindəki inkişafdan danışır, amma bizin hökumət üzləri susurlar. Niyə baş nazirin müavinləri Elçin Əfəndiyev, Əli Əhmədov buna cavab vermir? Prezident tapşırıq verir, amma qocalar evinin üzvəri yatır. İş adamları iş görürlər, amma icra başçıları öz adlarına çıxırlar. Bu adamlar dövlətin ayırdığı pulu yeməkdən başqa bir şey bilmirlər. Bütün fəaliyyətləri narazılığın böyüməsinə, baş qarışmasına yönəldirlər ki, bulanıq suda balıq tutmağa davam eləsinlər”, - deyə H.Hacıyev bildirib.
Partiya sədri onu da nəzərə çatdırıb ki, bu gün xalqla məmurun sözü tərs mütənasib gəlir. Onun fikrincə, bu da məmurların xalqı düşünmədiklərini və öz maraqları üçün çalışdıqlarının göstəricisidir:
"Küçə süpürmək, yoları sulamaq inkişaf deyil. İcra hakimiyyətlərinin bacardıqları iş ancaq budur. Elə rayon var ki, bir dənə iş yeri açılmayıb. Sahibkarları o qədər bezdirirlər ki, olan qalan iş yerləri də bağlanır. Amma ümid edirəm ki, ölkə başçısının qətiyyətli adımları bu vəziyyətə son qoyacaq”.
Müsahibimiz qeyd edib ki, hakimiyyətin daxilindəki müəyyən qollar var ki, onlar belə bir vəziyyətin yaranmasına şərait yaradırlar. Onun sözlərinə görə, bəzilərinin abrı-həyası olsa, özləri ərizə yazıb gedərlər:
"Düzü, mən bilmirəm, qocalar evinin bəzi nümayəndələri 4-5 saatlıq müşavirədə necə otururlar? Bu qədər üzə dirənmək olmaz axı. Bəsdir də. Nə qədər kreslo hərisi olmaq olar? Son müşavirədə başqa bir məqam diqqətimi çəkdi. Əhəd Abıyevin "Daşkəsənfiliz”in özəlləşdirilməsi ilə bağlı çıxışına diqqət yetirin. Onun ittihamları əsaslıdır. İcra başçısı olduğu rayonda vəziyyəti yaxşı bilir. Kərəm Həsənov niyə prezidentin tapşırığının əleyhinə gedir? Hansı marağa görə bu yola gedir? O boyda zavodun ğzəlləşdirilməsinə niyə imkan vermir? Hələ durub orda-burda müxalifətə pas verir, yalan məlumatlar yayır. Kərəm Həsənov kimi məmurlar seçki ilindən istifadə edib sabotaja əl atırlar. Sözümün canı odur ki, prezident bu kimi məmurları yola salmalıdır. Bu adamlar inkişafa mane olmaqdan başqa bir işə yaramırlar”.
Mia.az
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR