31-01-2018 [21:03]
ABŞ prezidenti Donald Trampın ölkənin durumu ilə bağlı Konqresin hər iki palatası önündə illik hesabat məruzəsi ilə çıxış edib.
Bir saat yarım davam edən nitq zamanı prezident ölkə iqtisadiyyatı, vergi ixtisarları, təhlükəsizlik, mühacirət və digər mövzulara toxunub. Prezident Donald Tramp illik hesabat məruzəsində mühacirət debatı ilə bağlı ortaq məxrəcə gəlməyin vacibliyini vurğulayıb. Eyni zamanda o, sərhəd təhlükəsizliyini gücləndirmək tələbində israr edib.
Ötən ilin iqtisadi nailiyyətlərini önə çəkən ABŞ lideri öz nitqində "yeni Amerika anı” elan edib. Mühacirət debatının hökumət maliyyələşməsinə əngəl törətdiyi bir məqamda Tramp siyasəti bir kənara qoyaraq qanunvericiləri "iş görməyə” çağırıb.
"Bu gün mən əlimi hər iki partiyanın nümayəndələrinə – Demokratlara və Respublikaçılara uzadaraq onlarla birgə rəngindən, dinindən və inancından asılı olmayaraq bütün vətəndaşlarımızı qorumaq naminə səy göstərməyə çağırıram,” – deyə prezident bəyan edib.
Milli təhlükəsizlik məsələsinə toxunan prezident Şimali Koreyanın tezliklə ABŞ-ə hədəf ala biləcək atom bombasına can atmasını pisləyib.
"Biz belə bir ssenarinin baş verməsinin qarşısını almaq üçün maksumum təzyiq kampaniyası aparırq,” – deyə Prezident Tramp bildirib.
"Keçmiş təcrübə bizə öyrədib ki, qənaətbəxşlik və güzəştlər daha çox aqressiyaya və təxribata dəvət edir."
Prezident öz nitqində Şimali Koreyada həbs olunduqdan sonra ölmcül halda vətənə qaytarılan Otto Vormbiyerin valideynlərinə ehtiramını izhar edib. ABŞ prezidenti koalisiya qüvvələrinin İraq və Suriyada İŞİD-ə qarşı uğurlarını qeyd edərək militant qrupu yer üzündən silmək vədinə sadiq qaldığını vurğulayıb.
Həmin məruzədən bəzi sitatları təqdim edirik:
"Biz hər bir amerikalının ləyaqətli işə sahib olmasını istəyirik; biz hər uşağın gecə öz evində təhlükəsizlikdə olmasını istəyirik, biz hər bir vətəndaşın sevdiyimiz ölkəmizdən qürur duymasını istəyirik.”
"Amerikalılar öz ölkələrini sevirlər və onlar həmin sevginin və loyallığın qarşılığını verən hökümətə layiqdirlər.”
"Son bir il ərzində biz, vətəndaşlarımız və höküməti arasında etibar bağlarının bərpası yollarını axtarmışıq.”
"Vaşinqtonu daha cavabdeh etmək səylərimiz nəticəsində biz ilk ilimizdə tarixdəki hər bir administrasiyadan daha çox tənzimləmə aradan qaldırmışıq.”
"Amerika nəhayət ki, onilliklər ərzində ərzində bizim rifahımızı qurban edən, şirkətlərimizin, iş yerləriniz və millətimizin sərvətinin ölkədən çıxmasına səbəb olan ədalətsiz ticarət sazişləri səhifəsini çevirdi.”
"Amerikalılar qurucular ölkəsidir. Biz Empire State Building binasını bir ildə tamamladıq. Sadə yol çəkilməsi üçün icazənin alınmasına indi on il gözləmək utancverici deyilmi?”
"Mən hər iki partiyadan iqtisadiyyatımıza və insanlarımıza layiq olduğu daha təhlükəsiz, sürətli, etibarlı və müasir infrastruktur vermək üçün bir araya gəlmələrinə çağırış edirəm.”
"Biz Amerikanın gücünü və əminliyini ölkənin daxilində qurduqca, xaricdə də öz gücümüzü və mövqemizi bərpa etmiş oluruq.”
"Keçən il söz verdim ki, müttəfiqlərimizlə çalışaraq, İŞİD-i yer üzündən siləcəyik. Bir il sonra, qürurla bildirirəm ki, İŞİD-i məğlub etmək koalisiyası həmin qatillərin İraqda və Suriyada vaxtılə nəzarət etdiyi əraziləri demək olar ki, 100% azad edib.”
"Keçmiş təcrübə bizə öyrədib ki, qənaətbəxşlik və güzəştlər daha çox aqressiyaya və təxribata dəvət edir. Mən keçmiş administrasiyaların bizi indiki təhlükəli vəziyyətə salan səhvlərini təkrar etməyəcəm.”
Müxalifətin məruzəyə cavab nitqini Demokrat Konqresmen III Co Kennedi verib. Öz çıxışında mühacirlərin, ətraf-mühitin və orta sinfin qorunmasının mühümlüyünü qeyd edən Massaçusets qanunvericisi Respublikaçıları insanları saxta seçimlər qarşısında qoymaqda ittiham edib.
Tramp administrasiyasını demokratik təsisatlara və hüquqlara həmlələr endirməkdə ittiham edən Kennedi irqi və dini ayrıseçkiliyin qəbuledilməz olduğunu bəyan edib: "Siyasətçilər verdikləri vədlərə görə alqışlana bilərlər. Lakin bizim ölkə verdiyi vədlərə nə dərəcədə əməl etməsi ilə dəyərləndirilir," – Co Kennedi bildirib.
Amerikanın Səsi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb