"Sənədin bir neçə variantı hazırlanıb" - Zaxarovadan Qarabağ danışçıqları ilə bağlı açıqlama

img

31-01-2018 [17:23]


Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb", - deyə o qeyd edib/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA