“Tutaq ki, mürgüləmişəm, nə olsun ki?” - Bayram Səfərovdan müşavirədə yatması ilə bağlı xəbərə reaksiya

img

31-01-2018 [14:38]


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq QarabağBölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Prezidentİlham Əliyevin iştirakı ilə yanvarın 29-da keçirilən"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yatması barədə yayılan məlumatlara münasibət bildirib.

Mia.az-ın məlumatına görə, B.Səfərov "Report”a açıqlamasında deyib ki, müşavirədə yatması haqqında məlumatlar həqiqəti əks etdirmir:

"O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”.

Qeyd edək ki, bu məlumatı ilk olaraq "unikal.org” saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA