Bakıda yaşayış binasında yanğın: FHN və “Azəriqaz”dan açıqlamar - (Yenilənib)

img

29-01-2018 [17:56]


Bakıda yaşayış binasında partlayış olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb.

*** 
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Mia.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

*** 

Mia.az xəbər verir ki, məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a açıqlama verib. Qurum rəsmisi bildirib ki, yanğın faktı Qara Qarayev prospekti 92 ünvanında qeydə alınıb:

"Yanğın mətbuatda qeyd edildiyi kimi, Qara Qarayev prospekti 86 ünvanında deyil, Qara Qarayev prospekti 92 ünvanında baş verib. Yanğın blokdakı məişət tullantılarında başlayıb”.

İ.Kərbalayev deyib ki, məlumat həqiqəti əks etdirmir: "Hər hansı qaz sızması, partlayış baş verməyib”.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA