Çexiyanın prezidenti ikinci turda seçildi - Martın 8-də inauqurasiyası keçiriləcək

img

27-01-2018 [21:07]


Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda da liderliyi ələ keçirib. 
 
Səsvermənin seçki məntəqələrinin 99 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 51,67 faizi Miloş Zemana etimad göstərib. Onun rəqibi, Çexiya Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş isə 48,32 faiz səs toplayıb.     

Rezidentin inauqurasiyası martı 8-də keçiriləcək. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA