26-01-2018 [20:02]
Gürcüstan Baş Prokurorluğu Azərbaycan Respublikası, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında "Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan Baş Prokurorluğunun bu gün yaydığı məlumatda bildirilir ki, cərrah M.K. pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur.
"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək, – deyə məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Tbilisidəki "Lanset” klinikasının direktoru 2016-cı ilin əvvəlində Azərbaycandan M.K. adlı cərrah-transplantoloq dəvət edib. Həmin həkimin tibbi ixtisası üzrə Gürcüstan tərəfindən verilən müvafiq sertifikatı olmayıb.
"Klinika rəhbərliyi pasientlərin cəlb olunması məqsədilə sosial şəbəkə və televiziya vasitəsilə Türkiyədən transplantologiya sahəsi üzrə həkimin dəvət olunduğu, onun qaraciyər problemləri olan insanlar üçün ödənişsiz konsultasiyalar keçirdiyi barədə məlumatlar yaymağa başlayıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya konsultasiya üçün müraciət edib, onların təcili qaraciyər köçürülməsinə ehtiyacları olduğu deyilib. Pasientlərə həmçinin bildirilib ki, bu cür əməliyyatları uğurla həyata keçirmiş Türkiyədən olan bir qrup cərrah- transplantoloq Gürcüstandadır.
Pasientlərdən biri klinikanın direktoruna 99204 lari (40 min dollardan çox) ödəyib. Digər pasientlə isə onun 10 aprel 2016-cı il tarixində 40 min dollar ödəyəcəyi ilə bağlı razılıq əldə olunub.
"Lanset” klinikasında 2016-cı ilin mart ayında əməliyyat olunmuş hər iki pasient bir həftə sonra vəfat edib.
İstintaqla müəyyən olunub ki, əməliyyatlar qanunsuz aparılmaqla yanaşı, pasientlərin təcili əməliyyata ehtiyacları olmayıb və qoyulmuş diaqnoz təsdiqini tapmayıb.
Qeyd edək ki, "Lanset” klinikasının direktoru Fərman Ceyranov dələduzluq maddəsi ilə ötən ilin may ayında həbs olunub. F. Ceyranovu 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tbilisi şəhər məhkəməsində onun işinə baxılır.
Gürcüstan Baş Prokurorluğunun məlumatında qeyd olunan cərrah-transplantoloq isə Mircəlal Kazımidir.
M. Kazımi Azərbaycan Respublikası, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında "Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiridir.
Qeyd edək ki, M. Kazımi F. Ceyranov həbs edilən vaxt ünvanına səslənən ittihamları rədd etmişdi.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb