"Bu il seçki ilidir, belə təxribatlar çox olacaq" - Siyavuş Novruzov

img

26-01-2018 [13:53]


"Bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir. Bu, çox primitiv bir yanaşmadır".

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bəzi dövlətlərin təbii sərvətlərini talamaq üçün hansısa müxalif qüvvələr formalaşdırılır, ölkələri fəlakətlə üz-üzə qoyulur: 

"Bu gün Yaxın Şərq ölkələrində baş verənlər bunun nəticəsidir. Yaxud ABŞ Dövlət Departamenti Azərbaycanı qeyri-stabil ölkələr sırasında göstərir. Azərbaycana turistlərin gəlməsinə mane olmaq istəyirlər. Azərbaycan necə qeyri-stabil ölkədir ki, ABŞ və Rusiya Baş qərargahlarının rəisləri məhz Bakıda görüşür? Bu il seçki ilidir, belə təxribatlar çox olacaq. Azərbaycan xalqı müdrik xalqdır, seçkidə öz seçimini edəcək, kənar müdaxilələrə yol verilməyəcək. Mətbuatın dəstəyi də bu sahədə önəmlidir".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA