Kişi keçmiş arvadını boğaraq öldürdü - Bakıda qətl

img

24-01-2018 [10:39]


Bakıda kişi keçmiş arvadını boğaraq öldürüb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Məlumata görə, 1985-ci il təvəllüdlü Rahib Babayev keçmiş həyat yoldaşı 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb. R.Babayev könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA