18-01-2018 [16:35]
Azərbaycanda uzun illərdir ki, bir sıra dövlət qurumlarının birləşdirilməsi məsələsi gündəmdədir.
Bu müddət ərzində bir sıra dövlət qurumları aidiyyatı üzrə birləşdirilsə də bir neçə təkliflər hələ ki reallaşmayıb. Ancaq bu ilin əvvəlindən etibarən Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi istiqamətində əməli işlər aparılmaqdadır. Əldə etdiyimiz məlumata görə, prosesin mart ayı ərzində yekunlaşacağı nəzərdə tutulur. Buna səbəb isə hər iki qurumun əsasən fiskal orqan olmasıdır. Bunların inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılması nəzərdə tutulur.
Bəs, bu iki orqanının birləşdirilməsi indiki şəraitdə mümkündürmü? Bunun ölkə iqtisadiyyatı üçün nə kimi üstünlükləri var?
"Qafqazinfo” bu suallarla iqtisadçı-ekspert Rövşən Ağayevə müraciət edib. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hazırda iki funksiyası var: "Birinci funksiyası dövlət büdcəsini gəlirlə təmin etməkdir. İkinci funksiyası isə ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı müəyyən işləri görməkdir. Belə ki, ölkə ərazisinə daxil olan məhsullar gömrükdən keçərkən yoxlanılır. Ölkədə valyuta rejiminin təmin olunmasına nəzarət edir. Bu kimi qeyri-fiskal funksiyalar xidmətin nazirliklə birləşəcəyi təqdirdə digər aidiyyatı üzrə başqa orqanlara həvalə edəcək. Məsələn, valyuta rejiminin ölkəyə daxil olub çıxmasına Dövlət Sərhəd Xidməti nəzarət edəcək. Sanitar və baytarlıq, ərzaq məsələlərinə müvafiq qurumlar baxacaq.
Bu məsələlər öz həllini tapandan sonra vergi ilə gömrüyün birləşdirilməsi məntiqli bir yanaşmadır.
Nəzərinizə çatdırım ki, bir çox ölkələrdə bu yanaşma var. Həm dövlət aparatının işinin yüngülləşdirilməsi, fiskal orqanların çevikliyinin artırılması baxımından bu addımı yüksək dəyərləndirmək olar. Hətta mən Dövlət Sosial Müdafiə Fondunun da fiskal orqan kimi saxlanılmasının, sosial sığorta haqlarının vergi orqanına verilməsinin tərəfdarıyam. Bir çox ölkələrdə sosial vergi var. Belə ki, həm fiziki şəxslərin gəlir vergisi, həm də sosial sığorta haqqı eyni mənbədən tutulur. Bunun bir qurum tərəfindən hesablanmasına nə mane olur ki? Əksinə, hansısa müfəttişlər bu işlə Dövlət Sosial Müdafiə Fondunda məşğul olur. Eyni işi başqa müəssisədə yəni, Vergilər Nazirliyində də edirlər. Beləliklə, qeyri- fiskal səlahiyyətlərin müəyyən orqanlara verməklə fiskal qurumların bir çətir altında birləşdirilməsini doğru hesab edirəm. Çünki bu idarəetmənin yüksəldilməsi baxımından yaxşı addımdır”.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR