Saraydakı qətllə bağlı DİN məlumat yaydı - "Kürd Vüqar" tutuldu

img

18-01-2018 [12:53]


Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in "102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib. M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb.

V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA