Aygün Kazımova Bakının mərkəzində qayda pozdu – VİDEO

img

16-01-2018 [12:35]


Xalq artisti Aygün Kazımova idarə etdiyi bahalı avtomobillə Bakıda yol hərəkəti qaydalarını pozub.

Mia.az avtosfer.az-a istinadən xəbər verir ki, xalq artisti "Shevrolet-Camaro” markalı, 99 DT 999 dövlət nömrə nişanlı avtomobillə yanvarın 13-də, gecə saat 23.20 radələrində Neftçilər prostepktində dayanma-durma qaydalarını pozub. Aygün Kazımova maşını Qız qalasının qarşısında – qadağan olunmuş ərazidə park edib. Düzdür, həmin ərazidə başqa avtomobillər də park edilib və bu da yoldan keçən digər avtomobillərin hərəkətinə əngəl törədib. Lakin başqalarından fərqli olaraq, Aygün Kazımova xalq artistidir. O, digərlərinə bənzəmədən yaxşı nümunə göstərməlidir. Görünür, Aygün xanım ya qadağa nişanını görməyib, ya da "gecə yarısı qayda pozmaq olar” fikri ilə maşını orada park edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA