Azərbaycan milli pezəkar teatrının 138-ci mövsümü Sumqayıt zəhərində açılacaq

img

13-09-2010 [03:07]


Bünövrəsi 1873-cü ildə qoyulmuş Azərbaycan milli peşəkar teatrının 138-ci mövsümü sentyabrın 15-də Sumqayıt şəhərində açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün yeni mövsümün açılışı münasibətilə Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında şəhər teatrlarının iştirakı ilə bayram tədbiri planlaşdırılır. Bu əlamətdar gündə Bakı şəhərində fəaliyyət göstərən bütün teatrların kollektivləri də Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında toplaşacaqlar. Yeni mövsümün açılışı günündə Sumqayıt teatrının qarşısındakı meydanda Azərbaycan Dövlət Teatr Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanacaq milli teatrın 138 illiyinə həsr olunmuş səyyar sərgi və kitab sərgisi nümayiş olunacaqdır. Azərbaycan Dövlət Akademik Milli Dram, Dövlət Akademik Opera və Balet, Dövlət Rus Dram, Dövlət Musiqili Komediya, Dövlət Gənc Tamaşaçılar, Dövlət Kukla, ?Yuğ? Dövlət, İrəvan Dövlət Azərbaycan Dram, Dövlət Pantomima, Şuşa Dövlət Musiqili Dram, Sumqayıt Dövlət Musiqili Dram teatrlarının yaradıcı qüvvələri mövsümün açılış mərasimində fəal iştirak edəcəklər. Mərkəzi meydanı və bütövlükdə şəhəri əhatə edəcək əlamətdar mədəni hadisə münasibətilə Sumqayıtın müxtəlif yerlərində reklam afişaları, lövhələri vurulacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA