?Bakı gecələri ? 2010? estrada mahnı festivalının açılız konserti keçirilib

img

14-09-2010 [02:22]


Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ?Bakı gecələri ? 2010? estrada mahnı festivalının açılış konserti keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini genişləndirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirməkdir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, üç konsert proqramından (üç turdan) ibarət festivalın birinci konsert proqramında, eləcə də oktyabr və noyabrda keçiriləcək konsertlərdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Yüksək bal toplamış 20 əsər finala ? dekabrın 24-də Heydər Əliyev Sarayında təşkil ediləcək qala-konsertə vəsiqə qazanacaqdır. Finalda iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər festivalın laureatı adına layiq görüləcəklər. İlk konsert proqramında əməkdar artistlər Mətanət İsgəndərli, Səməd Səmədov, sənətçilər Yeganə Mürsəlova, Nadir Qafarzadə, Aslan, Rüstəm Zeynallının rəhbərlik etdiyi ?Şeron? qrupu və başqaları çıxış etmişlər. Festivalda Yeganə Mürsəlovadan başqa bütün müğənnilər ifalarını fonoqramla həyata keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA