11-01-2018 [17:42]
Ötən il 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edilib, 19 dini qurumun ləğv edilməsi barədə məlumat Dini qurumların dövlət reyestrinə daxil edilib, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Mia.az-a verilən məlumata görə, bu barədə komitənin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində deyilib.
Müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri iştirak ediblər.
Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O qeyd edib ki, dövlət başçımız nitqində ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım adlandırıb və 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri "İslam Həmrəyliyi İli” nin İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanın İslam dünyasında gedən proseslərdə öz mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini qeyd edib.
Hesabat dövründə dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olduğunu bildirən Dövlət Komitəsinin sədri ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK –nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasına da diqqət çəkib. Fondun yaradılması haqqında müvafiq Fərmanın imzalamasının, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadının göstəricisi olduğunu deyib.
Müşavirədə daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun illik hesabatı dinlənilib. Ə.Zülfüqarov məruzəsinə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verməklə başlayıb.
Bildirib ki, Dövlət Komitəsi ayrıca və müxtəlif təşkilatlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.
Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi hesabat dövründə ölkədə vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, vəhdət, həmrəylik prinsiplərinin təbliği, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyətini davam etdirib. Qeyd olunub ki, son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur. Bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür. Ə.Zülfüqarov hesabat dövründə dini təhsil sahəsində müsbət irəliləyişə nail olunduğunu, 10 İslam Kollecinin Dövlət Komitəsində qeydiyyata alındığını, hazırda fəaliyyət göstərən Quran kurslarının qanunauyğun yaradılması və fəaliyyət göstərməsini araşdırmaq üçün müvafiq komissiya yaradıldığını, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün Tədris Planı hazırlanaraq təsdiq edildiyini bildirib.
2017-ci ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini deyən şöbə müdiri onların ümumi sayının 793-ə çatdığını qeyd edib. Bildirib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür.
DQİDK-nın şöbə müdiri qeyd edib ki, hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini təhlükəsizlik məqamlarına toxunub. S.Heydərov dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)