09-01-2018 [23:48]
Dünən axşam azərbaycanlı məmur - Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Mia.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Canıyevlə birlikdə ötən ilin noyabrında "qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib.
.jpg)
Qeyd edək ki, noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı sui-qəsd cəhdi edilib. Səlifov həbsdən çıxdığı gün İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.
Həmin vaxt killerlər qrupu İstanbulda Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılıblar.
Sui-qəsdə cəhdə görə Namiq Canıyev günahlandırılıb. Guya o, tərkibində bu şəxslərin olduğu killer qrupuna rəhbərlik edirmiş: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Səbri Şirin. Onların arasında "qanuni oğru”, saxta pasportla dolaşan Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.
Bununla yanaşı, İstanbulda baş verən olayların bəzi təfərrüatları da məlum olub. Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib.
Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub.
Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.
Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub.
Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb.
Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana deportasiya edilib.
Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb