Prodüser Təranəyə cinayət işi açıldı - Fahişəliyə cəlb etməyə görə + Yenilənib

img

30-12-2017 [10:36]


Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Mia.az "Lent.az”a istinadən xəbər verir ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib. Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib. Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün əməkdaşımız T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərimizə cavab verməyib.

**** 

"Qafqazinfo” məsələ ilə bağlı dəqiqləşmə aparıb. Məlumata görə, Təranə Səmədovaya 144-cü maddə deyil, 143.1 maddəsi ilə (Fahişəliyə cəlb etmə) cinayət işi açılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA