2 dağ keçisi, 2 porsuq, 4 dovşan - Bakıda leş ətlər aşkar edildi

img

29-12-2017 [13:39]


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində "Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb. Araşdırmlar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub. Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA