42 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib - Neftçalada

img

28-12-2017 [17:04]


 Neftçala sakini intihara cəhd edib. 

"Report”un Aran bürosu xəbər verir ki, əslən Quba rayonundan olan və Neftçalanın Həsənəbad qəsəbəsində yaşayan, 42 yaşlı Elşən Gülbaba oğlu Orucov özünü yandıraraq intihara cəhd edib. 

Yaxındakı adamlar tərəfindən alov söndürələrək yaralı Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA