Türkiyədə azərbaycanlı tələbələr arasında insident: 8 nəfər saxlanıldı

img

27-12-2017 [15:29]


Türkiyədə təhsil alan 8 azərbaycanlı tələbə soyğunçuluq və zorakılıq iddiasıyla polis tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Türkiyənin məşhur Kastamonu Universitetində təhsil alan azərbaycanlı 8 tələbə həmyerlilərinə qarşı zorakılıq nümayiş etdiriblər. Onlar universitetə bu il qəbul olan azərbaycanlı tələbələrdən pul tələb edib, əşyalarını mənimsəyiblər. Belə ki, cinayətkarlar azərbaycanlı tələbələrin qaldıqları evə girərək birinin barmaqlarını sındırıb, mənzildən noutbuk, foto aparat və mobil telfonları zorla əllərindən alaraq aparıblar. Hadisə ilə bağlı zərər çəkən tələbələr polisə şikayət ediblər.

Cinayəti törədən azərbaycanlı EE, F.A., N.A., R.A., M.Y., S.M., H.A. və S.R. saxlanılıb, izahatı alındıqdan sonra məhkəməyə aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA