Yol polisi həyat yoldaşını bıçaqladı - Vəziyyəti ağırdır

img

26-12-2017 [19:33]


Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA