26-12-2017 [15:26]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Natiq Alıyev zərərçəkmiş Kamal Seyfullayev epizodu üzrə dindirilib.
O, ittihamları cəfəngiyat adlandırıb.
Natiq Alıyev Kamal Seyfullayevin telefon danışıqlarının MTN-nin Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən qanunsuz dinlənilməsinin təmin edilməsi, 2014-cü ilin dekabr ayında Sübahir Qurbanov, sabiq əməkdaşlar Füzuli Əliyev, özü, Zaur Məmmədov tərəfindən həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edilməsi, Kamal Seyfullayevi və İlkin İbadovu azadlıqdan qanunsuz məhrum etməklə hədə-qorxu ilə 2.000.000 manat nağd pul vəsaitinin tələb edib ələ keçirilməsi ilə bağlı danışıb.
O, bu əməllərini etiraf etməyib. Bildirib ki, ki, Baki tikinti və Alfa MMC-lərin fəaliyyətinə dair hər hansı yoxlama aparmayıb: "Füzuli Əliyev məni çağırmaqla pulların nağdlaşdırılması ilə məşğul olan Kamal Seyfullayevin tutulması və MTN-nə gətirilməsinə dair əməliyyat tədbirlərinin keçirilməsi barədə sabiq nazirin və baş idarənin rəisi Sübahir Qurbanovun göstərişləri ilə əməliyyat qrupu yaradıldığını bildirdi. Füzuli Əliyev, Zaur Məmmədov və idarənin bütün əməkdaşları ilə birlikdə "Olimpik Star” idman mərkəzinin yanında Kamal Seyfullayevin olduğu avtomaşını saxladıq. Onu əvvəl "Sultan” kafesinə gətirdik. Sonra isə MTN-nin NBM-nə təhvil verdik. Bundan sonra həmin şəxslə heç bir iş görməmişəm. Sonra işə gələrkən Kamalı MTN-nin binasının yanında gördüm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Füzuli Əliyev tədbirin davam edilməsi barədə göstəriş verib: "Biz Kamal Seyfullayevin iştirakı ilə "Texnikabank”ın Səməd Vurğun küçəsində olan filialına gəldik. Kamal bizim nəzarətimizlə banka daxil oldu. Orada tanımadığım pul sahibi və bilmədiyim təşkilatın rəhbəri Kamalı gördükdən sonra çekə əsasən bir-iki kisədə olan pulları inkassator maşınına verdik. Sonra bankdan çıxdıq. Biz öz iş yerimizə qayıtdıq”.
Natiq Alıyev qeyd edib ki, İlkin İbadovun MTN-nin binasında saxlanılması barədə məlumatı olmayıb. O, Kamal Seyfullayevin onlara 2 milyon manat pul verilməsini təsdiq etməyib.
Hazırda prosesdə fasilə elan olunub/Teleqraf.com.
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ