Azad Rəhimovu maşın vurdu, sürücü qaçdı

img

24-12-2017 [10:58]


İmişli rayonunda piyadanı avtomobil vurub.

Mia.az APA-ya istinadən xəbər verir ki, ötən gecə İmişli rayonunun Qaradonlu kəndində 1974-cü il təvəllüdlü Rəhimov Azad Adgözəl oğlunu yolu keçərkən naməlum avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Piyada hər iki ayağının açıq travması ilə əvvələ İmişli rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra ağır vəziyyətdə olan A. Rəhimov Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA