Gəncədə qadın işlədiyi marketdə əri tərəfindən bıçaqlandı - Vəziyyətinin ağır olduğu bildirilir

img

19-12-2017 [21:57]


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, ilkin məlumatlara görə, Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1994-cü il təvəllüdlü Ələsgərova Sevinc Telman qızı çalışdığı marketdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib vəziyyətinin ağır olduğu bildirilir.

Onların bir övlad sahibi olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA