Dağıstanda antiterror əməliyyatı: daha iki silahlı məhv edildi

img

19-12-2017 [08:57]


Dağıstanda həyata keçirilən antiterror əməliyyatı nəticəsində iki silahlı məhv edilib.
 
Bu barədə TASS agentliyinə Milli Antiterror Komitəsindən bildiriblər.

Məlumata əsasən, zərərsizləşdirilən silahlılar terror fəaliyyəti ilə məşğul olan dəstənin üzvləridir. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, dekabrın 17-də Dağıstanın Qubden kəndində 3 silahlı, o cümlədən silahlı dəstənin liderlərindən biri Əlihacı Xamutayev məhv edilib. 2011-ci ildən axtarışda olan Ə.Xamutayev 8 nəfərin ölümü və Rusiya daxili işlər nazirliyinin konvoyuna hücum təşkil etməkdə şübhəli bilinirdi.

APA 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA