Məmur oğlu intihar etdi - Səbəb bəlli deyil

img

18-12-2017 [12:15]


Göygöl rayonunda intihar hadisəsi baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü Heydər Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü asıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Heydər Məmmədovun atası Göygöldə Mənzil Kommunal Təsərrüfat Birliyində evlər müdiri vəzifəsində işləyir:

"Hadisə dünən baş verib. Heydərin səhhətində heç bir heç bir problem olmayıb. Onlar iki uşaqdır. Deyilənə görə, Heydər çox sakit bir uşaq olub. Heç yerdə işləmirmiş. Onun belə bir addım atması hər kəsi təəccübləndirir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA