Bakının məşhur özəl klinikasında ölüm hadisəsi - Cinayət işi açıldı

img

18-12-2017 [11:23]


Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA