Yol polisi qəza törətdi - işıqforda dayanan maşını vurdu

img

14-12-2017 [11:08]


Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 5:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW” markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi "Opel” markalı 90 GT 630 nömrəli maşını arxadan vurub. Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA