VHP və DiP ?Demokratiya? Seçki Bloku yaratdı

img

03-09-2010 [03:34]


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ilə Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə arasında görüş olub. VHP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə 7 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub. Tərəflər birlikdə ?Demokratiya? adlı seçki bloku yaratmaq barədə razılıq əldə ediblər. Blokla bağlı sazişin mətni və digər sənədlərin hazırlanması ilə əlaqədar işçi qrupunun yaradılması qərara alınıb. Yaxın günlərdə partiyalararası saziş imzalanacaq və seçki bloku ictimaiyyətə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA