isa Qəmbərlə Əli Kərimli mübahisəli dairələrlə bağlı müzakirə aparıblar

img

31-08-2010 [03:02]


Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli arasında görüş keçirilib. Bu barədə MİA-ya məlumat verən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, görüşdə Bakı şəhəri üzrə seçki dairələrindən namizədlərin razılaşdırılması müzakirə olunub. Görüş zamanı Müsavat Deputat Qrupunun üzvü olan şəxslərin vahid namizəd kimi dəstəklənməsi müzakirə edilib. Bakıda yerləşən seçki dairələrində namizədlərin razılaşdırılması üçün bəzi dairələrdə namizədlərin yerdəyişməsi, bəzilərinin isə namizədliyinin geri çəkilməsi ilə bağlı məsələlər ətrafında söhbət aparılıb" deyən A.Hacılı ğorüşdə irəli sürülən təkliflər nədən ibarət olduğunu deməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA