İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)

img

05-02-2026 [10:17]


Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az Unikal-a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.

Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

***

Yanvarın 30-u gecə saatlarında Qazax şəhərinin Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin törətdiyi qəzadan görüntülər yayılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, jurnalist Aygün İlqar sosial şəbəkədə hadisənin millət vəkili Səməd Seyidovun köməkçisi tərəfindən törədildiyini bildirib.

Məlumata görə, həmin şəxsin sərxoş halda idarə etdiyi avtomobil yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri – xəstəxana əməkdaşı xəsarət alıb.

Qeyd edilib ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Süleyman Axundov da olub. O, baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib və buna görə vəzifədən azad edilib. Onun adı Qazax RİH-in saytından da çıxarılıb.

S.Seyidovun köməkçisi Akif Əmirov saytımıza açıqlamasında hər hansı qəza törətmədiyini deyib.

Hadisə yerindən görüntüləri və işdən çıxarılan məmurun fotosunu təqdim edirik:

Fotoda Süleyman Axundov

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA