13-12-2017 [11:21]
"Azneft” İstehsalat Birliyinin "Kompleks qazma işləri” trestinin "Günəşli” istehsalat bölümündə 8 saylı dəniz özülünün keçmiş rəis müavini Arif Qəmbərov bölmə rəisinin kabinetində rəis Cəbrayıl Qədirov və onun müavini Şahin Bayramov tərəfindən döyüldüyünü iddia edir.
Virtualaz.org-un redaksiyasına müraciət edən A.Qəmbərov hər iki şəxs tərəfindən təhqir olunduğunu, sonradan təpik və yumruqla döyüldüyünü, nəticədə, ciddi xəsarətlər aldığını bildirib. Şikayətçi aldılğı xəsarətləri təsdiq edən məhkəmə tibbi ekspertizasının rəyini də redaksiyaya təqdim edib.
Bildirildiyinə görə, hadisə sentyabrın 14-də baş verib. Ekspertizanın rəyində göstərilir ki, Arif Qəmbərova küt və şiş uclu əşyalarla xəsarət yetirilib:
"Mübahisədən bir neçə gün əvvəl mənə ərizə yazaraq könüllü işdən çıxmağımı təklif etmişdilər. Bölmə rəisi Cəbrayıl Qədimov bildirmişdi ki, sosial şəbəkələrdə idarə haqqında mənfi fikirlər yazdığım üçün trest rəhbərliyi mənimlə işləmək istəmir. Mən isə ərizə yazmaqdan imtina etmişdim. İştirakım olmadan iclas keçirilmişdi, həmin iclasda bölmə rəhbərlərinə, mühəndislərə tapşırılmışdı ki, məni təxribata cəlb etsinlər, sonra video görüntülər çəkib paylaşsınlar. İclasda iştirak edənlərdən biri mənə ehtiyatlı olmağımı, təxribata cəlb ediləcəyimi demişdi. Buna görə də, rəisin kabinetinə gedərkən təhqirlərinə cavab verməməyə çalışırdım”.
Şikayətçi söyləyir ki, 1979-cu ildən neft sahəsində müxtəlif vəzifələrdə işləyib, heç vaxt nöqsana yol verməyib. Lakin 8 saylı dərin özüldə çalışdığı müddətdə rəis Cəbrayıl Qədirov və trestin baş mühəndisi ilə münasibətləri kəskin olub. Çünki rəhbərliyin tələblərini yerinə yetirməkdən imtina edib.
"Bütün qazma avadanlıqları yenilənib, müasir tələblərə uyğun avadanlıqlar quraşdırılıb. Amma qazma işləri zamanı ciddi texniki səhvlərə yol verilirdi, dəfələrlə qaz sızması nəticəsində güclü partlayış təhlükəsi yaranıb. Bunlara görə məsuliyyət daşıyırdım. Mən isə etiraz edirdim, bilirdim ki, hər xırda səhv dövlətə külli miqdarda ziyan vurur”, – şikayətçi deyir.
Qəmbərov iddia edir ki, ondan Almaniya istehsalı olan HOMO-G 2000 markalı, ümümi dəyəri 316 min dollar olan 6 ədəd avadanlığın çıxdaş kimi aktlaşdırılaraq sahilə göndərilməsini tələb ediblər. Əsas mübahisə də bunun üstündə baş verib: "Bölmə rəhbəri məcbur etdi ki, akt yazım. Mən isə bildirdim ki, quraşdırma, istismara başlama və sıradan çıxma aktı olmadan avadanlıqları sahilə göndərə bilmərəm. Təklif etdim ki, telefonoqram verilsin, hansı ünvana gedəcəyi bəlli olsun, sonra avadanlıqları sahilə göndərim. Bildidim ki,veriləcək telefonoqramda mütləq imza və möhür olmalıdır. Bundan əvvəl də yeni avadanlıqlar çıxdaş kimi qeydə alınaraq sahilə göndərilmişdi. Etirazlarım rəhbərliyin xoşuna gəlmirdi, trestdə "arzuolunmaz şəxs” elan edilmişdim”.
A.Qəmbərov deyir ki, ona təpiklə xəsarət yetiriblər. Şikayətçi döyülməsi ilə bağlı Xətai Rayon Prokurorluğuna, Xətai Rayon Polis İdarəsinə müraciət edib: "İşdə olmadığım halda mənə töhmət elan olunub. Sonra isə ixtisar aparılmasını bəhanə edərək, məni işdən azad etdilər. Halbuki, yalnız mənim vəzifəm ixtisara salınıb”.
Qəmbərov işə bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib. Deyir ki, şəkər, bronxial astma və onkoloji xəstəliklərdən əziyyət çəkdiyi üçün digər trestlərdə işlə təmin olunmasını istəyib. "Qədirov mənə pis xasiyyətnamə yazdı, bu xasiyyətnamə ilə neft sahəsində işlə təmin edilə bilmərəm. Onkoloji xəstə kimi kimyəvi terapiya alıram. Trestin rəhbərliyi deyir ki, səni yalnız maddi imkansızlıqla sındıra bilərik, dərman almaq üçün pul tapmayanda qarşımızda diz çökəcəksən. Keçirdiyim streslər nəticəsində səhhətim pisləşib, müalicəm yarımçıq qalıb. Həkim bu gedişlə 1 il – il yarım yaşayacağımı deyir. Amma mən onların söylədikləri ilə razılaşmayacağam. Çünki dövlətə küllü miqdarda zərər vuranların gec-tez cavab verəcəyinə əminəm”, – Qəmbərov deyir.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirir ki, Arif Qənbərov peşəkar qazmaçıdır. "Ona fiziki güc tətbiq olunub. Bunu məhkəmə tibb ekspertizasının rəyi də təsdiq edir”.
Hüquq müdafiəçisi qeyd edir ki, Oəmbərov işdən qeyri-qanunu şəkildə azad olunub. Bu zaman Əmək Məcəlləsinin 78.1-ci maddəsi pozulub. A.Qənbərovun işdən azad olunmasında Trestin Həmkarlar Təşkilatının da rolu olub. "Qəmbərovun işdən azad olunmasına Həmkarlar Təşkilatı onun iştirakı olmayan iclasda razılıq verib, Qəmbərov iclasa dəvət edilməyib. Bu isə əmək qanunvericiliyinə ziddir”, – M.Qəhrəmanlı deyib.
İşdən çıxarılmış Arif Qəmbərov gələcəkdə ölkənin neft sektorunda işləmək hüquqndan məhrum edilib. Ona mənfi xasiyyətnamə verildiyindən, SOCAR-ın elan etdiyi vakant yerlər üzrə müsabiqədə iştirak edə bilməz.
****
"Arif Azad oğlu Qəmbərovun məhkəmə iddiası rədd edilsə də "Kompleks Qazma İşləri” Trestinə və SOCAR-a qarşı təxribat xarakterli dedi-qodularını davam etdirir. Amma bununla da heç nəyə nail ola bilməyəcək, çünki dedikləri hamısı böhtandır”.
"Report" xəbər verir ki, bunu Trestin kadrlar şöbəsinin rəisi Sübhan İsmayılov verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, vaxtilə A.Qəmbərovun çoxsaylı müraciət və xahişləri nəzərə alınaraq "Günəşli” istehsalat bölümündə dəniz şəraitində işləməyə göndərilib: "İşlədiyi dövrdə çoxlu nöqsanlara yol verib. 4 fevral 2015-ci il tarixində qurğu rəisinin müavini işləyərkən onun səhlənkarlığına görə qəza baş verib. Ona görə də ixtisas dərəcəsi bir pillə aşağı salınıb və intizam tənbehi kimi sonuncu xəbərdarlıqla "şiddətli töhmət" verilib”.
"Daha sonra A.Qəmbərovun da işlədiyi "Günəşli” istehsalat bölümünün işçiləri qazma işləri başa çatdığı üçün dənizdəki iş yerlərindən quruya çıxarılaraq strateji əhəmiyyətli Qaradağ Qaz Anbarında qazılan yeni quyuda öz peşə və vəzifələrinə uyğun olaraq işlə təmin olundular. 150 nəfər işçidən 149 nəfəri işlə təmin olundu və yalnız A.Qəmbərov təklif olunan müxtəlif funksiyalı işlərdən imtina etdi. O, yalnız dəniz şəraitində qurğu rəisi və qurğu rəisinin müavini vəzifəsində işləyəcəyini şərt kimi irəli sürdü. Təklif olunan işlərdən imtina etməsi barədə bir neçə dəfə akt tərtib olunmasına, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçi sayının ixtisarı ilə əlaqədar yazılı xəbərdarlığa da məhəl qoymadı. O hətta xəbərdarlığı qəbul belə etmədi və biz xəbərdarlığı poçt vasitəsilə Qəmbərovun yaşadığı ünvana göndərməli olduq. Buna baxmayaraq, ona yenidən iş təklifi edildi və A.Qəmbərov yenidən israrla bundan imtina etdi. Bütün bunlardan sonra 23 oktyabr 2017-ci il tarixində onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ləğv edildi”, - deyə kadrlar şöbəsinin rəisi bildirib.
Bununla yanaşı qeyd olunur ki, A.Qəmbərov işə bərpa və ixtisas dərəcəsinin aşağı salınması ilə bağlı ayrı-ayrı iddialarla Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Trest tərəfindən təqdim edilmiş dəlil və sübutlardan sonra Məhkəmənin 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə A.Qəmbərovun iddiası əsassız hesab edilərək rədd edilib: "Hazırda A.Qəmbərov müxtəlif saytlarda şər-böhtan xarakterli məlumatlar yayaraq trestin, şirkətin və dövlətimizin nüfuzuna xələl gətirməyə, özünü təmizə çıxarmağa çalışır. Bu məqsədlə dövlətçiliyə qarşı yönələn və xaricdən idarə olunan, Azərbaycanın uğurlarının gözdən salınmasına xidmət edən verilişlərdə iştirak etməkdən, qərəzli şərhlər verməkdən yorulmur. Arif Qəmbərovun belə hərəkətlərinə istər onun öz "Facebook" səhifəsindəki statuslarda, istərsə də digər elektron mənbələrdə istənilən qədər material var və həmin materialları maraqlananlara təqdim edə bilərik”.
Mia.az
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı