Qaçqın şəhərciyində yanğın - 5 NƏFƏR ZƏHƏRLƏNDİ

img

12-12-2017 [01:38]


Mingəçevir – Xaldan şossesi üzərində yerləşən 1-ci qaçqın və məcburi köçkün şəhərciyində yanğın baş verib.

Mia.az report-a istinadən xəbər verir ki, yanğın 8 saylı doqquzmərtəbəli binanın 3-cü blokunun 6-cı mərtəbəsində liftdə baş verən qısaqapanmadan başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA