Azərbaycan islam Partiyasının sədri tutuldu

img

03-09-2010 [11:55]


Qüds Günü ilə bağlı bu gün Azərbaycan İslam Partiyası və bir sıra dini təşkilatların nümayəndələri İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər. İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərlinin MİA-ya verdiyi məlumata görə, aksiyaçılar əllərində "Qüds günü şərəf və izzət günüdür", "İşğalçı sionist Azərbaycandan rədd ol", ?Ermənilərə ölüm!?, ?Qüdsə və Qarabağa azadlıq!? və digər şüarlar yazılmış plakatlar qaldırıblar. İştirakçılar səfirlik binasının qarşısına toplaşaraq şüarlar səsləndirməyə başlayıblar. Partiya sözçüsü onu da deyib ki, əraziyə gələn polis əməkdaşları onları Səfirliyin binası qarşısından uzaqlaşdırıblar: "Aksiyaçılar etirazını bildiriblər. Təxminən 30 nəfər aksiya iştirakçısı saxlanılıb. İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da saxlanılanlar arasındadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA