Gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb - Yasamalda dəhşətli intihar

img

08-12-2017 [13:33]


 Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən yerə ataraq intihar edən qızın adı məlum olub.

"Report"un xəbərinə görə, intihar etmiş qız Əda Zeynalovadır.

Metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atam gənc qız hadisə yerində ölüb. 

Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA