Xırdalanda yaşayış binasında yanğın: FHN və polislər 30 nəfəri xilas etdi, zəhərlənənlər var + VİDEO

img

07-12-2017 [12:08]


Xırdalanda yaşayış binasında yanğın olub.

Hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.

Mia.az xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı tüstüdən zəhərənənlərin də olduğu bildirilir.

Bu barədə Xeberçi.org saytı video yayıb:




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA