Rusiya səfirliyinin maşını Bakıda qəzaya düşdü - Toqquşma

img

04-12-2017 [11:19]


Bakıda səfirlik avtomobili qəzaya düşüb.
 
Hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsində qeydə alınıb. Rusiya Federasiyasının Bakıdakı səfirliyinə məxsus "Hyundai” markalı, 004 D 16 dövlət qeydiyyat nişanlı avtomobil BMW markalı, 10 TL 443 dövlət nömrə nişanlı maşınla toqquşub.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA