Toni Adams PSV-nin müdafiəçisini ?Qəbələ?yə gətirib

img

31-08-2010 [03:22]


?Qəbələ?nin ingiltərəli baş məşqçisi Toni Adams Hollandiyanın PSV klubunun futbolçusunu ölkəmizə gətirir. Qol.Az-ın Böyük Britaniya mətbuatına istinadən məlumatına görə, ?Feyenoord?un keçmiş, Eyndhoven klubunun isə hazırkı oyunçusu Stiv Olfers artıq təmsilçimizlə bütün məsələlərdə razılıq əldə edib. Tərəflər arasında yalnız iki illik müqavilənin imzalanması qalıb ki, onun da qısa zaman ərzində həlli gözlənilir. Qeyd edək ki, bu futbolçu PSV və ?Feyenoord?la yanaşı ?Ekselsior?, ?Velveyk?, ?Roterdam? və Danimarkanın ?Olborq? klublarında da çıxış edib. 1982-ci il təvəllüdlü oyunçu Hollandiyanın Harlem şəhərində doğulub. Müdafiəçi peşəkar karyerasına 1999/2000 mövsümündə "Feyenoord"da başlayıb. İndiyə qədər milliyə dəvət almayan hollandiyalı arxa xətt oyunçusunun son mövsümdə PSV-nin əsas heyətində heç bir oyunda iştirak etmədiyini də vurğulayaq. Əvəzedicilərin heyətində meydana çıxan oyunçu görünür məhz bu üzdən karyerasını ölkəmizdə davam etdirmək fikrinə düşüb. Əgər həqiqətən də ingilis həmkarlarımızın və bəzi saytların artıq "Qəbələ"nin oyunçusu kimi təqdim etdiyi Olfers karyerasını ölkəmizdə davam etdirəcəksə, onda deməli hollandiyalı Qəbələdədir və onunla rəsmi müqaviləyə də imza atılıb. Lakin maraqlıdır ki, "Qəbələ" klubundan bununla bağlı heç bir rəsmi xəbər verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA