Mahmud Qurbanov cəzalandırılacaq

img

23-08-2010 [11:30]


Azərbaycan yığmasının sabiq futbolçusu Mahmud Qurbanov ?Bakı? futbol klubu tərəfindən cəzalandırılacaq. ?Qafqazinfo?nun məlumatına görə, ötən gün Mahmud Qurbanov ?Komanda? qəzetinin redaksiyasına hücum etməsi ilə bağlı məlumat yayıldıqdan dərhal sonra futbol klubu araşdırmaya başlayıb. Futbolçunun hərəkətlərinə sərt reaksiya verən klub rəsmiləri məsələ ilə bağlı açıqlama yayıblar: ?Onun bu cür davranmağı klubumuza o cümlədən, Azərbaycan futboluna yaraşmayan bir hərəkətdir. Törətdiyi hadisəyə görə onu ciddi cəzalandıracağımızla bağlı futbolçuya xəbərdarlıq etmişik?. Təcrübəli futbolçu qəzetin ötən sayında nəşr olunan və onun fikrincə mənliyini təhqir edən, şərəf və ləyaqətini alçaldan yazıya emosional şəkildə münasibət bildirdiyindən peşman olduğunu ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA