Rusiyada azərbaycanlı iş adamı həbs olunub - Silahlı insidentdə iştirakda ittiham olunur

img

27-11-2017 [15:19]


Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub.

Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.

Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib.

N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır/apa.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA