65 nömrəli marşrutun sürücüsü piyada zolağından keçən qadını öldürdü - VİDEO

img

23-11-2017 [10:14]


Bakıda qadını sərnişin avtobusu vuraraq öldürüb.

Mia.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. 

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA