Lalə Şövkət yeni yaratdığı blokun onun adı ilə adlandırılmasını istəmədi

img

29-08-2010 [10:21]


Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş İnkişaf Partiyasının yaratdığı blokun adı ilə bağlı müxtəlif fikirlər səslənir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, blok yetkililəri qurumun ?Lalə Şövkətin bloku? kimi adlandırılmasını təklif ediblər. Hətta bu təklif blokun həmtəsisçisi olan VİP sədri Əli Əliyev tərəfindən ALP lideri Lalə Şövkətə də çatdırılıb. ALP-dən aldığımız məlumata görə, Lalə xanım blokun onun adı ilə adlandırılması təklifini qəbul etməyib. Partiyadan onu da bildiriblər ki, yaxın günlərdə blokun adı məlum olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA