DUi-yə daxil olan partiyalardan biri DUI-Müsavat yekun razılazmasını tanımadı

img

03-09-2010 [11:00]


MQP başqanı Vüqar Bəyturan (Oruc) Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında yekun razılaşma sənədinə-birgə bəyənata münasibət bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MQP lideri deyib ki, onların nümayəndəsi DUİ-Müsavat arasında keçirilən son məsləhətləşmədə iştirak etməyib: ?Mətbuatdan bizə məlum oldu ki, Müsavat Partiyası 7 dairədə DUİ namizədlərini, DUİ isə 11 dairədə Müsavat namizədlərini dəstəkləmək barədə yekun sənəd imzalayıb. Təəsüflər olsun ki, burada proporsiya pozulub, Müsavata daha böyük haqqlar tanınıb, başçılıq etdiyim Milli Qurtuluş Partiyasının namizədlərinə isə xüsusi və fərqli münasibət göstərilib. Partiyamızın vahid siyahıda təmsil olunmaq istəyində olan 11 namizədindən heç biri Müsavat tərəfindən dəstəklənməyib, üzvü olduğumuz DUİ isə 3 dairədə bizim namizədlərin mövqeləri və partiyamızın maraqları nəzərə alınmamaqla, həmin dairədən Müsavat Partiyasının namizədlərinə dəstək vermək barədə öhdəlik götürüb. Beləliklə, Müsavat Partiyasının təşəbbüsü ilə müxalifətin birliyinə növbəti zərbə vurulub, DUİ isə öz üzvünün-Milli Qurtuluş Partiyasının nəinki maraqlarını qoruya bilib, hətta bu maraqlar 26, 29, 113-cü dairələrdə Müsavat Partiyasına qurban verilib. Bütün qeyd edilən halları müzakirə etmək üçün MQP Siyasi Şurasının iclası keçiriləcək və eyni zamanda biz bunları DUİ-dəki müttəfiqlərimizlə də aydınlaşdıracağıq. Amma müzakirələrdən öncə onu deyə bilərəm ki, DUİ-Müsavat yekun razılaşma sənədinin-bəyənatının MQP-yə heç bir aidiyyatı yoxdur, bu sənədi tanımır və bəyan edirik ki, bizim Müsavat Partiyası qarşısında öhdəliyimiz yoxdur və dairələrin heç birində bu qurumun namizədlərini dəstəkləməyəcəyik. MQP pozulmuş hüquqları uğrunda mübarizə aparmaq iqtidarında olduğunu həm rəqiblərə, həm də müttəfiqlərə nümayiş etdirməkdə qərarlıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA