Kursda az bal toplayan gənc özünü asdı - Ağdamda intihar

img

20-11-2017 [17:55]


Ağdam rayonunda intihar hadisəsi olub. 

Hadisə rayonun Çəmənli kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.

İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. Q.Rzayev kurs imtahanında aşağı bal topladığı üçün intihar edib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA