20-11-2017 [16:42]
"Rezonans” Gənclərin İctimai Birliyi "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrini təqdim edib. Monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Açıq hökumətin” təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqamətinin monitorinqi” layihəsi çərçivəsində həyata keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada monitorinq nəticələri müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Açıq Hökumət Platformasının koordinatoru informasiya açıqlığının, vətəndaşların informasiyaya çıxışının şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizədə çox vacib amil olduğunu qeyd edib. Ə.Nuriyev bildirib ki, informasiya açıqlığı məsələləri Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün əsas kompenentlərindən biridir: "İnformasiya açıqlığı, informasiyaya çıxışın asanlaşdırılması ictimai nəzarətin həyata keçirilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiq edilməsi baxımından vacibdir. İnformasiya açıqlığı bu gün dünyada diqqət yetirilən məsələlərdəndir, əsas trendlərdən biridir. Azərbaycanda bu istiqamətdə tədbirlər həyata keçirilir. "Açıq hökumət” məlumatlar portalı yaradılıb. Vətəndaşların informasiyaya çıxışının asanlaşdırılması sahəsində də işlər görülür. Bununla belə, bu sahədə problemlər də mövcuddur və biz bunları aşkarlayaraq, həll yollarını təklif etməliyik. Bu monitorinq də bu sahədə töhvə verəcək”.
Ə.Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hər zaman "Açıq hökumət” təşəbbüsləri, şəffaflıq məsələlərini diqqətdə saxladığını, layihə təkliflərini dəstəklədiyini vurğulayıb.
Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz informasiya açıqlığı ilə əlaqədar artıq dünyada yeni yanaşma olduğunu söyləyib: "Hazırda artıq informasiyanın elə şəkildə çatdırılmasında söhbət gedir ki, ondan faydalı şəkildə istifadə etmək mümkün olsun. İnformasya elə formada təqdim olunur ki, istifadəçi lazım olan formatda yararlana bilsin. Söhbət vətəndaşlara məhz faydalı məlumatların əlçatan formada çatdırılmasından gedir. Əks halda çox böyük həcmdə faydasız informasiya verilir və bundan praktik yararlanmaq mümkün olmur”.
O.Gündüz Azərbaycanda "Açıq hökumət” məlumat bazalarının inkişaf etməsinin vacibliyini də qeyd edib.
Monitorinq nəticələrini təqdim edən layihə rəhbəri Zaur İbrahimov qeyd edib ki, MFP-nin 2-ci istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin 2016-cı il aprel ayı və 2017-ci ilin birinci yarısını əhatə etməklə orta icra səviyyəsi 73% olub. 2-c istiqamət üzrə 5 tədbirdən 2-si 100% icra olunub. Yalnız bir bənd üzrə irəliləyiş qeydə alınmayıb.
Z.İbrahimov problemləri də diqqətə çatdırıb:
– ""İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin praktikada effektiv tətbiqində yaranan problemlər;
– Yerli icra hakmiyyəti orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanmaması;
– İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində kifayət qədər dinamikanın olmaması;
– İnformasiya sorğularının cavablandırılması ilə əlaqədar problemlər”.
Nəticələrin təqdimatından sonra iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam