20-11-2017 [16:37]
Bu gün Türkiyə prezidenti Ərdoğan nazirlərə 2 saat 10 dəqiqə çəkən qapalı toplantı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıdan sonra Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ açıqlama verib.
O, NATO-nun təlimində Atatürkün fotosunun hədəfə qoyulması, Ərdoğanın adına isə saxta hesab açılaraq, saxta məlumatlar yayılması kimi xoşagəlməz hadisəyə toxunaraq, bildirib ki, məsələ toplantıda müzakirə olunub:
"Orada baş verənlər NATO tarixinin ən böyük qalmaqallardan biridir. Açıq formada həddini bilməməkdir, qəbuledilməzdir. Türkiyə qürurlu davranış göstərərək, əsgərlərini geri çəkdi. Baş verənlər Qazi Mustafa Kamal Atatürkə, prezidentimiz Rəcəb Tayyip Ərdoğana qarşı bir hücumdur, 80 milyonluq türk millətinə və dövlətinə açıq hörmətsizlikdir".
Bozdağ bildirib ki, buna yol verən üst vəzifəli şəxslər də cəzalandırılmalıdır: "Sadəcə, 2 nəfərin işdən çıxarılması ilə bu məsələ qapana bilməz. Bizim bu hücumu, alçaqlığı qəbul etməyimiz mümkün deyil".
Hökumət sözçüsü deyib ki, Türkiyə NATO-nun hörmətli bir üzvüdür, bundan sonra da qurumun gücünə güc qatacaq.
ABŞ-da həbsdə saxlanılan iş adamı Rza Zərrab davasına da toxunan Bəkir Bozdağın sözlərinə görə, toplantıda bu məsələ müzakirə edilib:
"Rza Zərrab davası Türkiyəyə qarşı açıq bur kompasdır, oyundur. Bu, bir siyasi davadır, hüquqa əsaslanmayan prosesdir. Bu, FETÖ-nün bacara bilmədiyi çevriliş təçəbbüsünün ABŞ məhkəməsi vasitəsi ilə təkrarlanmasına cəhddən başqa bir şey deyil.
Zəhərli ağacın meyvəsi də zəhərlidir. Olmayan sənədlər üzərindən əllərində sübutlar varmış kimi davranmağa çalışırlar. Türkiyə ilə İran arasındakı iqtisadi əlaqələrin hamısı beynəlxalq hüquqa uyğun olduğu kimi, bu məsələdə də hər şey hüquqa uyğundur. Türkiyə hüquq dövlətidir, bütün ticarət işlərini bu çərçivədə görürük.
Zərrab davasının Türkiyənin iqtisadi əlaqələrinə zərər verməyə hesablandığı çox açıqdır. Ancaq heç kim narahat omasın, Türkiyə yenə də eyni formada iqtisadi sistemini yönləndirəcək. Bundan kimsənin şübhəsi olmasın".
Hökumət sözçüsü bildirib ki, Rza Zərrab ABŞ-da bir girovdur:
"İş o yerə çatıb ki, təqsirləndirilən şəxslərə qarşı güclü basqılar qururlar. Onları "bu ifadəni qəbul edərsəniz, bu qədər cəza ilə qurtararsınız. Türkiyəni ittiham edin" kimi əsassız böhtanlara da məcbur etmək istəyirlər. Biz bütün bu oyunları üzə çıxaracağıq".
Bəkir Bozdağ Rusiyadan alınan S-400 raketləri haqda da açıqlama verib.
Deyib ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün hər vasitədən istifadə edir və bu istiqamətdə də davam edəcək:
"Türkiyənin özünü qorumaq hüququ var. Bəzi ölkələr bizə öz pulumuzla silah vermək istəmirlər. Onar bir aya veriləcək silahı bir il qəsdən uzadırlar. Təsəvvür edin, siz öz hava məkanınızı qorumaq üçün NATO-dan silah istəyirsiniz, ancaq vermirlər. Belə də isə Türkiyə öz başının çarəsinə qalar, qalacaq da. Artıq özümüzün müdafiə sənayemizi qurmaqdayıq və bu istiqamətdə sürətlə irəliləməkdəyik".
Bəkir Bozdağ Rəqqada İŞİD terrorçularına dəhliz açıb, onarın şəhərdən çıxmasının da həddən artıq müəmmalı oduğunu bəyan edib:
"Orda ABŞ-ın dəstək verdiyi PYD ilə İŞİD arasında döyüş oldumu? Harada oldu? Necə oldu? Telekanaldan gördüyümüz odur ki, ABŞ-ın dəstək verdiyi PYD təhlükəsizlik zolağı yaradıb və İŞİD texnikası ilə Rəqqadan çıxıb. Hara çıxıb getdilər onlar? ABŞ-ın xəbəri olmadan belə şey mümkünmü? Əsla. Biz bunları da araşdırırıq. Həm də görək bu İŞİD terrorçuları hara, hansı zonaya gediblər...".
Mia.az
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı