Ələtdə ağır qəzada bir ailənin üzvü olan 4 nəfər xəsarət alıb, 1-nin vəziyyəti ağırdır

img

19-11-2017 [15:14]


Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində "Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan  4 nəfərin xəsarət aldığı məlum olub.
 
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.
 
V. Məmmədov,  V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA