Bakıda kütləvi dava: Bıçaqlananlar var

img

18-11-2017 [11:32]


Paytaxtda kütləvi dava baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində qeydə alınmış hadisə zamanı 2 nəfər bıçaqlanıb. Paytaxt sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Müşfiq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onlardan M.Nəcəfovun vəziyyəti daha ağırdır.

Məlumata görə, həmin şəxslər Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə 5 nəfər arasında yaranmış kütləvi dava zamanı bıçaqlanıb.

Hadisə ilə əlaqədar Sabunçu RPİ-nin istintaqçıları araşdırmalara başlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA