Razi Nurullayev-Arzu Səmədbəyli davası getdikcə ziddətlənir

img

27-08-2010 [05:32]


?Arzu Səmədbəyli məni 2005-ci ildə az səs almaqda günahlandırır. İndiyə kimi onun haqqında, hələ də mənfi fikir səsləndirməmişəm və "qara piar" da aparmamışam. Hələ ki, aparmaq fikrim də yoxdur?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri Müsavat başqanının müavini Arzu Səmədbəylinin açıqlamalarına münasibət bildirərkən AXCP sədrinin müavini Razi Nurullayev deyib. Onun sözlərinə görə, hazırda sakit mövqe tutmasının səbəbi birliyə zərbəb vurmaq istəməməsidir: ?Məncə, hər kəs özünü ifşa edir. BİRLİK üçün susuram və susmaqda da davam edəcəyəm. Lakin bilirəm ki, potensial və güc, partiya liderləri Əli Kərimli və İsa Qəmbəri çıxmaqla, az saylı müxalifət nümayəndələrində var. O nümayəndələrdən biri də mənəm. Bu cür "qara piar"a gəlincə, apardığım analizlər göstərir ki, mənim xeyrimə işləyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA